Bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, ümumilikdə Şuşada 270 ailə məskunlaşacaq.
"Məktəbdə də hazırda 170 şagird təhsil alır və rəqəmdə artacaq. Böyük Qayıdış Proqramına uyğun olaraq, yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Növbəti illərdə şuşalıların məskunlaşmasının şahidi olacağıq", - deyə o bildirib.
Xatırladaq ki,r espublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb. (Trend)