Praktiki bilik və bacarıqların artırılması məqsədi daşıyan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirə Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 18 dekabr 2024-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Müvafiq mövzularda mühazirələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, Qarabağ Universiteti eyni zamanda Baş Prokurorluğun təşəbbüsü ilə reallaşdırılan “ECOLEAD” layihəsinin tərəfdaşlarından biridir.
Tahirə AĞAMİRZƏ