İncəsənət fakültəsi ilə Pedaqoji fakültənin Dram dərnəyinin birgə təşkil etdiyi tədbirdə Filologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənova açılış nitqi ilə çıxış edərək Qarabağ Universitetinin kürsüsündə çıxış etməyin qürurundan və ünsiyyət vasitəsi olan dilin qorunmasının vacibliyindən bəhs edib.
Tələbələr tədbirdə ana dili ilə bağlı müxtəlif şeir kompozisiyaları və milli mahnılar ifa edib, həmçinin maraqlı səhnəciklər canlandırıblar.
Tahirə AĞAMİRZƏ