27.06.2025, 04:33
AZ EN
10.12.2024, 10:36 320

Qarabağ Universitetində (Aztech) şirkəti tərəfindən oyun turniri keçirilib

QARABAĞ
  • Qarabağ Universitetində tələbələr üçün “Azerbaijan Technologies” (Aztech) şirkəti tərəfindən oyun turniri keçirilib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və şirkət rəhbərliyinə bu təşəbbüsə görə universitet adından təşəkkürünü bildirib.

Yarış tələbələrdən ibarət 4 komanda arasında “Valorant” və “Counter Strike 2” oyunları üzrə təşkil edilib. Oyunun final mərhələsində “Şuşa” komandası qalib olub. Qaliblərə “Aztech” tərəfindən mükafatlar təqdim olunub.

Həmçinin Qarabağ Universitetinin İncəsənət fakültəsində şirkətin otağı təsis edilib.

Qeyd edək ki, “Aztech” şirkəti 26 ildir, kompüter və bank avadanlığı üzrə rəsmi distribyutorlardan biri kimi fəaliyyət göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər