21.11.2024, 22:11
AZ EN
20.10.2024, 12:19 217

Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib

QARABAĞ
  • İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

Bu barədə TƏBİB-dən bildirilib.

Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. (Report)

Oxşar xəbərlər