Bu barədə Gürcüstandan Şuşaya səfər edən azərbaycanlı professor Mahmud Kamaloğlu deyib.
O qeyd edib ki, tarixi torpaqlarımızın işğaldan azad edilməsi hər birimiz üçün qürur mənbəyidir.
“Gürcüstanda yaşayan azərbaycanlılar ilk günlərdən ordumuza, xalqımıza dəstək oldu. Çünki biz eyni millətik, xalqıq. Şuşanın azad edilməsi Gürcüstanda coşğuyla qarşılandı. İndi görürük ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Qarabağ dirçəlir.
Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır. Onların hər birinin arzusu Qarabağa gəlməkdir. Qarabağ azad olunanda qurban kəsənlər oldu, hər evdə bayram abu-havası hökm sürürdü”,- deyə o bildirib.
Qeyd edək ki, Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.
Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət edəcəklər. Onlara Şuşa haqqında geniş məlumat veriləcək. (Trend)