Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 1 minik və 4 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bundan əvvəl isə 1 minik avtomobili əks istiqamətə keçib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 100-ə çatıb.("Report")