Görüş zamanı tədris prosesi, tədqiqat fəaliyyəti, tələbələrlə işin təşkili, fakültənin infrastruktur imkanları, daxili və xarici kommunikasiya, qrant layihələrində iştirak, STEAM istiqamətində fəaliyyət, icmayönümlü təşəbbüslər və digər vacib məsələlər geniş müzakirə olunub.
Rektor müasir dövrün tələblərinə uyğun müəllim hazırlığı sahəsində yaranan çağırışlara toxunaraq, bu istiqamətdə fakültənin fəaliyyətini yüksək qiymətləndirib. O, peşəkar yanaşmaya, tədris və elmi fəaliyyətə verdikləri töhfələrə görə fakültə heyətinə təşəkkürünü bildirib.
Sonda qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tahirə AĞAMİRZƏ