19.10.2024, 09:21
AZ EN
21.09.2024, 17:49 132

Qarabağ Universitetinin tələbəsi: Prezidentlə görüş məndə böyük məsuliyyət hissi yaratdı

QARABAĞ
  • Qarabağ Universitetinin ilk tələbələrindənəm, burada maliyyə ixtisası üzrə təhsil alacağam. Həm universitetlə, həm də yataqxana ilə tanış olduq. Şəraiti də çox gözəldir. Qarabağ Universitetinin ilk tələbəsi olmaqdan böyük sevinc və qürur hissi keçirirəm.

Bunu Xankəndidə Qarabağ Universitetinin tələbəsi Fənarə Məmmədzadə söyləyib.

O deyib: “Dünən Prezident İlham Əliyev universitetimizin açılışında iştirak etdi. Cənab Prezidentlə görüşdə mən də iştirak edirdim. Çox həyəcanlı idim. Bu görüş həm də məndə böyük məsuliyyət hissi yaratdı. Prezidentimiz Qarabağ Universitetindən gözləntilərini bizimlə bölüşdü. İnanırıq ki, Qarabağ Universiteti nəinki Azərbaycanın, eləcə də dünyanın ən qabaqcıl təhsil müəssisələrindən biri olacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər