09.06.2025, 04:25
AZ EN
09.08.2024, 13:24 362

Qədəmlərin mübarək, Şuşalı Süleyman...

QARABAĞ
  • Azərbaycan ziyalısı Kərim Kərimlinin şəxsi "feyzbuk" səhifəsində Şuşada yeni doğulan körpənin rəsmini paylaşıb. Bu xəbər hamı kimi məni də ürəkdən sevindirdi.

Kərim müəllimin paylaşımını olduğu kimi "Vətən səsi"nin oxucularına çatdırırıq:

-"Məşhur Azərbaycan mahnılarından birində belə misra var:

"Şad xəbərlər gəzdirən dil nə gözəldir!"

Kaş həmişə şad xəbərlər söyləyə biləydik!

Bu gün əziz oxucularıma, facebook dostlarıma belə şad xəbərlərdən birini çatdırmaq istəyirəm.

Bu, elə bir xəbərdir ki, hər bir Vətən övladının qəlbini ehtizaza gətirər...

Sizə Azad Şuşada doğulan ilk sakini təqdim etmək istəyirəm, əziz dostlar!

Bu, Zeynallı (ov) Süleyman Toğrul oğludur!

O, 24 iyun 2024-cü ildə Azad Şuşa şəhərində doğulub!.

 Azad Şuşamızda - azadlıqdan sonra doğulan azad ŞUŞALInın Azad Şuşada, bu gözəl dünyaya gəlməsi münasibətilə onun özünü və bütün ailəsini ürəkdən təbrik edirəm!

Arzu edirəm ki, bu cür xoşbəxt hadisələr Şuşamızda tez-tez təkrar olunsun!..)

Məlumat və tanışlıq üçün deyim ki, Süleyman bəy bütün Qarabağda məşhur olan, bütün şuşalıların böyük hörmət və ehtiramla yanaşdığı Seyid Mehdi ağa və Seyid Sadıq ağa ocağının nümayəndəsidir.

Süleyman bəyin atası Toğrul, onun atası Seyid Vahid, onun atası bütün şuşalıların sevimlisi olan rəhmətlik Baba müəllim, onun da atası müqəddəs ocaq sahibi Seyid Mehdi ağadır.

Başqa sözlə, dünyaya yenicə göz açan körpə şuşalı, Seyid Mehdi ağanın kötücəsi, Baba müəllimin (Seyid Sadıq ağanın qardaşı) nəticəsi, Seyid Vahidin nəvəsidir.

Azad yurdumuzə xoş gəlmisən, əziz Süleyman bəy!!!

Gözəl və xoşbəxt çöhrəndən gülüş heç vaxt əskik olmasın!!!

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər