22.11.2024, 01:20
AZ EN
09.08.2022, 12:48 380

Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb

QARABAĞ
  • Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.

Rayon statistika idarəsindən bildiriblər ki, avqustun 1-dək 420 hektar sahədə təkrar əkin işləri aparılıb. Həmin əkinin 364 hektarını və ya 86,7 faizini yem bitkiləri, 56 hektarını və ya 13,3 faizini tərəvəz bitkiləri təşkil edir. Yem bitkilərinin 239 hektarı və ya 65,7 faizi silos üçün qarğıdalı, 75 hektarı və ya 20,6 faizi sorqo, 50 hektarı və ya 13,7 faizi darı bitkisidir.

Bundan başqa, Ağdam rayonunda payızlıq əkinlər üçün 6020 hektar sahədə şum qaldırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər