19.10.2024, 09:23
AZ EN
15.07.2024, 14:16 223

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib

QARABAĞ
  • Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevlə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məmməd Hüseyn oğlu Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb. (Report)

Oxşar xəbərlər