"Naxışlı" atelyesi 10 günə yaxındır Xocalıda fəaliyyət göstərir.
Layihə rəhbəri Təranə Sultanova bildirib ki, atelye müasir standartlara cavab verən istehsal sahəsidir.
"Əsas məqsədimiz burada xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini dünyaya tanıtmaqdır. Hazırda 5 nəfər işlə təmin olunub. Daha iki vakansiyamız da var.
Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı artacaq. İlkin mərhələdə ev tekstili - süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq", - deyə o qeyd edib. (Trend)