Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.
Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır: “O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib”, - Elşad Hacıyev qeyd edib. (APA)