1976-cı ildə Tərtər çayı üzərində inşa edilən su anbarı təkcə içməli su mənbəyi kimi yox, həm də hərbi strateji obyekt kimi çox ciddi əhəmiyyət daşıyır. Respublikada ən hündür bəndli su anbarından olan anbarın ümumi tutumu 560 kub metr, hündürlüyü isə 125 metrdir. 30 il Sərsəng su anbarını işğal altında saxlayan Ermənistan ordusu bəndləri partladıb. Ordumuzun həmin istiqamətdəki bölmələrini sıradan çıxarmaqla yanaşı Tərtər çayı boyunca yerləşən və ətraf yaşayış məntəqələrini təhdid edirdi...
Ağdərənin terrorçulardan təmizlənməsi Sərsəng su anbarına da tam nəzarət imkanı yaratdı. O su anbarını ki, 30 ildən artıq müddət ərzində qanunsuz istismar edilib qəzalı vəziyyətə gətirilmişdi və Azərbaycana qarşı ekoloji terror vasitəsi kimi istifadə edilirdi. Bu barədə azərbaycanlı ekoloqlar dəfələrlə aidiyyatı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Su anbarının Azərbycanın tam nəzarətinə keçməsi Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Yevlax, Goranboy kimi ərazilərdə əkinə yararlı torpaqların suvarılmasına imkan yaradacaq. Eyni zamanda Azərbaycanın ən yüksək ərazisində yerləşən su anbarı Su Elektrik Stansiyalarının fəaliyyəti üçün də böyük əhəmiyyətə malikdir.
Hazırladı: Tahirə AĞAMİRZƏ