“Vətən səsi” xəbər verir ki, bu barədə “ArmenianReport” məlumat yayıb. Yayılan fotolardan görünür ki, hazırda Fransanın dövlət bayrağı separatçıların qondarma adla "Dirçəliş" adlandırdıqları meydanda qurduqları çadırın üzərinə öz bayraqları ilə yanaşı dayanır. Bununla ermənilər separatçı rejimə göstərdiyi mənəvi-siyasi və humanitar dəstəyə Fransa hökumətinə “sədaqətini” bildirir.
Xatırladaq ki, dünən Fransa hökuməti guya, “blokada”da olan Qarabağ ermənilərinə 10 ədəd TIR-la “humanitar yardım” göndərib. Lakin Azərbaycan sərhədçiləri Paris merinin müşayiəti altında İrəvandan Qarabağa yola salınan maşın karvanının Xankəndiyə qanunsuz girişinin qarşısını alıb. Bundan sonra fransız merin öz ölkəsinin müxtəlif şəhərlərində topladığı “yardımı” gətirən TIR-lar “Laçın” sərhəd keçid məntəqəsindən geri - rəsmi Yerevanın təşkilatçılığı ilə Qarabağa göndərilən və bir aydan çoxdur ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin yaxınlığında dayanan TIR-ların yanına qayıdıb.
Elxan SALAHOV