Bu barədə Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir:
“Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. (Report)