22.11.2024, 03:17
AZ EN
28.07.2023, 07:00 209

Ağdamda “Kənd günü” sərgisi təşkil olunub

QARABAĞ
  • Ağdam rayonunun Quzanlı qəsəbəsində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialının təşkilatçılığı ilə “Kənd günü” adlı kənd təsərrüfatı aqreqatlarının və texnikalarının sərgisi keçirilib. Sərgidə Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzinin, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, “MKT İstehsalat Kommersiya” MMC-nin region və zona aqranomları, fermerlər iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov və “MKT İstehsalat Kommersiya” MMC-nin aqronomu İsaq Zeynalov tərəfindən fermerlər və təsərrüfatçılarla ziyanvericilərə qarşı müasir mübarizə metodları, innovativ becərmənin üstünlükləri, torpaqların aqrokimyəvi analizinin aparılmasının əhəmiyyəti və sair ilə söhbətlər aparıblar.

“MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialının direktoru Amil Rəşidov bildirib ki, “Kənd Günü” sərgiləri Ağdam rayonunun kəndlərində və MMC-nin digər filiallarında da keçirilməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov fermerlərə sahələrin sığortalanması prosesi haqqında geniş məlumat verib.

Sərgidə iştirakçılara maarifləndirici braşürlər paylanıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR