Bunu “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə işçi qrupları fəaliyyət göstərir.
"Azad edilən torpaqlarımızda məskunlaşan işçi qruplarımız hərbçiləri və orda mülki işlərdə çalışan vətəndaşlarımızı tam standartlara uyğun su ilə təmin edirlər. Bunun üçün əlavə dezinfeksiyaedici vasitələr tətbiq olunur. Əgər suda çirklənmələr varsa, həmin mənbələrdən su nümunələri götürülür və müayinələr aparılır. Müayinələrin nəticəsindən asılı olaraq keyfiyyətdə ciddi dəyişiklik olarsa, alternativ axtarılır və mənbə dəyişdirilir. Bu günə qədər hər hansı problem yaşanmayıb. Azad olunan torpaqlarımızda su mövcud anbarlara toplanır və zərərsizləşdirilir. İşçilərimiz işğaldan azad olunan torpaqlarımızda öz fəaliyyətlərini layiqincə yerinə yetirirlər", - deyə o bildirib. (Trend)