Sakinlərin sevinci, bayram əhval-ruhiyyəsi, səslənən musiqi sədaları bayram konsertini daha da rəngarəng edib. Əməkdar artist İlkin Əhmədovun, məlahətli səsi ilə insanları heyran edən Günay İmamverdiyevanın və müğənni Məbud Əhmədovun ifa etdiyi mahnılar, “Qarabağ” triosunun səsləndirdiyi musiqi əsərləri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olub. (AZƏRTAC)