Kənd sakini Əyyub Əkbərov arıçılığın maraqlı sahə olduğunu qeyd edərək, təsərrüfatı genişləndirməyi qarşıya məqsəd qoyduqlarını bildirib. “Dövlət Məşğulluq Agentliyi tərəfindən bizə 20 arı ailəsi verilib. Talış kəndinin təbiəti arıçılığın inkişafı üçün əlverişlidir. Kənd ərazisində müxtəlif balverən bitkilər çoxluq təşkil edir. Hazırda arılar işləyir, təbiətdən nektar toplayırlar. İnanırıq ki, arıçılıqdan yaxşı nəticələr əldə edəcəyik. Fikrimiz təsərrüfatı genişləndirməkdir” – deyə, Talış sakini bildirib. (AZƏRTAC)