19.10.2024, 15:30
AZ EN
24.06.2023, 11:30 305

Xarici diplomatlar və hərbi attaşelər "Laçın" sərhəd-buraxılış məntəqəsində olublar

QARABAĞ
  • Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.

Nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməniəsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər. (Report)

Oxşar xəbərlər