19.10.2024, 11:34
AZ EN
12.04.2023, 11:32 235

Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilir

QARABAĞ
  • Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.

İclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, “ağıllı kənd” konsepsiyası ilə bərpa olunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı, “Köndələnçay” su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə ediləcək. (AZƏRTAC)

Oxşar xəbərlər