Bunu İtaliyanın Genoa şəhərində yaşayan doktorant, beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçı Toğrul Əliyev Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
T.Əliyev vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun qazandığı zəfər və ondan sonra güclü quruculuq işləri ilə hər gün dirçələn şəhərlərə yeni nəfəs gəlməsi gənclərə qürur və sevinc bəxş edir.
“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edirəm. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu tədbirdə dövlət rəsmiləri ilə çoxsaylı görüşlərimiz olacaq, eyni zamanda, Azərbaycanın milli, mədəni dəyərləri ilə daha yaxından tanış oluruq.
Dünyanın dörd bir yanından gəlmiş 100-dən çox azərbaycanlı gənc burada təmsil olunur, öz milli-mənəvi dəyərlərinə, kökünə, etnik kimliyinə yenidən sahib çıxır və bu dəyərləri mənimsəyir”, - deyə o qeyd edib. (Trend)