Bunu işğaldan azad olunan Ağdama səfər edən Most Traveled People təşkilatının üzvlərindən olan türkiyəli səyyah Süleyman Öztürk deyib.
“Azərbaycan dövlətinin basdırılan minaları zərərsizləşdirdiyini və bu yerləri təkrar yaşana biləcək vəziyyətə gətirmək istiqamətində işlər gördüyünü izlədik. Düzdür, bu görüntülər bizi üzür, böyük dağıntılar törədilib. Azərbaycan minalanmış sahələri öz imkanları hesabına təmizləyir. Tikinti işləri davam edir, insanların yenidən bu torpaqlara qayıda bilmələri, firavan yaşamaları üçün bütün işlər görülür. Təbii ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. (AZƏRTAC)