23.12.2024, 09:07
AZ EN
14.03.2024, 07:10 264

Qarabağda qarölçmə işləri davam etdirilir

QARABAĞ
  • Milli Hidrometeorologiya Xidmətinin Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Kiçik Qafqazın (Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarının) yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qar örtüyünün hündürlüyü, kütləsi, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin edilir.

Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov bildirib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə, Kəlbəcər rayonu Zar-İstisu marşrutu üzrə dəniz səviyyəsindən 2250 metr yüksəklikdə qarın hündürlüyü 40 santımetr, çəkisi 80 qram, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qarın hündürlüyü 31 santımetr, çəkisi 86 qram, Laçın rayonu Qalaçı-Zabuxçay marşurutu üzrə dəniz səviyyəsindən 2000 metr yüksəklikdə qarın hündürlüyü 10 santımetr, çəkisi 35 qram, Ağcayazı-Pişənəişçay mənbəyi (Laçın rayon ərazisi) dəniz səviyyəsindən 2000 metr yüksəklikdə qarın hündürlüyü 8 santımetr, çəkisi 21 qram qeydə alınıb. Digər marşrutlar üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Kəlbəcər-Laçın və Şuşa-Xocavənd rayonlarında 8 marşrut üzrə martın 11-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri martın 17-dək davam edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər