Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi açıq elan edilib.
Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev tədbirdə çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətini vurğulayıb. Tarixçi bildirib ki, bu döyüşlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərilən qəhrəmanlıq və şücaətin simvollarından biridir.
Sonra Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, Aprel döyüşləri, Vətən müharibəsi və Antiterror əməliyyatları iştirakçısı Elşad Təhməzov və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, Aprel döyüşləri iştirakçısı Ədalət Haqverdiyev öz döyüş xatirələrindən söz açıblar. Çıxış edənlər Aprel döyüşlərinin hərbi qələbə ilə yanaşı, həm də Vətənə olan dərin məhəbbət və milli həmrəyliyin bir təzahürü olduğunu qeyd edərək şəhid və qazilərimizin bu yolda göstərdiyi əzmkarlığın, həmrəylik və vətənpərvərlik hisslərinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin Aprel döyüşlərinə həsr olunmuş şeir səsləndirilib və "Aprel şəhidlərimizi tanıyaq" adlı videoçarx nümayiş etdirilib.
Tahirə AĞAMİRZƏ