18.10.2024, 10:14
AZ EN
17.05.2023, 20:15 184

Ermənistan Azərbaycanın işğal altında saxladığı səkkiz kəndinin qaytarılmasını öhdəlik kimi üzərinə götürür

QARABAĞ
  • Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası sammitində bəyan edib ki, bu ölkə Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29.800 kvadratkilometrlik ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi daha əvvəl də Azərbaycanın ərazi bütövlüyünü tanısa da bu dəfə artıq Azərbaycan ərazilərinin 86.600 min kvadratkilometr olduğunu baş nazir öz dilindən səsləndirib. Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ – Azərbaycandır!” deyir. Çünki ölkəmizin 86,6 min kvadratkilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. Bildiyiniz kimi, Paşinyanın səsləndirdiyi fikirlərə o qədər də ciddi yanaşmasaq da, bu faktları daha əvvəl də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirməsi onu deməyə əsas verir ki, artıq Qarabağ məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.

Bu fikirləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

O qeyd edib k, bu ərazilərə həm Qarabağ, həm də Azərbaycanın hələ də işğal altında olan səkkiz kəndi də daxildir. Başqa sözlə desək, Qarabağla yanaşı Ermənistan dolayısı ilə Azərbaycanın işğal altında saxladığı səkkiz kəndinin də qaytarılmasını öhdəlik kimi üzərinə götürür.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfərin siyasi və hüquqi baxımdan artıq təsdiqlənməsi Ermənistan rəhbərliyinin faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıması Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində dövlətimizin başçısı Ermənistanı faktiki olaraq ərazi iddialarından imtina etməyə nail olub.

“Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasından özünü “ermənidən çox erməni” kimi göstərən, revanşizm ideyaları haqqında düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə təhrik edən Fransa və digər ölkələr də nəticə çıxarmalıdırlar. Ermənistan hazırda Azərbaycanın yeni yaratdığı reallıqlarla hesablaşmalı olub və bu, Ermənistanı dəstəkləyən qüvvələrin, xüsusi ilə də Fransanın hərbi-siyasi dəstəyinin regionda sülh və təhlükəsizliyə xidmət etməyəcəyini, əksinə, bölgədə yeni münaqişə və toqquşmaların yaranmasına şərait yaradacağını da nəzərə almalıdır. Bu dəstək nəticə etibarilə Ermənistanın daha çox itkilərə məruz qalması ilə nəticələnə bilər”, - deyə ekspert bildirib. ("AZERTAC")

Oxşar xəbərlər