Bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdən sonra bildirib.
“Biz Azərbaycan hökumətinin bu bölgədə həyata keçirdiyi işləri görməkdən məmnunuq. Bu, Prezident İlham Əliyevin dəstəyi, rəhbərliyi nəticəsində əldə olunub. Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını, Qarabağdakı inkişafı görməkdən çox şadıq. Böyük Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, - deyə o əlavə edib. (AZƏRTAC)