Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.
Səfər zamanı ermənilərin dini abidələrimizi təhqir etməsi, məscidlərdə heyvan saxlaması, qəbiristanlıqları dağıtması kimi faktlar qonaqların diqqətinə çatdırılacaq, Ermənistan tərəfindən ərazilərin minalarla çirkələndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat veriləcək.
Eyni zamanda, qonaqlar işğaldan azad olunan torpaqlarda, o cümlədən Ağdamda aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumatlandırılacaqlar. (AZƏRTAC)