Forum iştirakçıları Ağdamda ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb. Forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülki şəhidlərimiz burada dəfn olunub. (Trend)