07.06.2025, 02:00
AZ EN
05.06.2025, 15:04 243

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

QARABAĞ
  • Qarabağ Universitetində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçənlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova iştirakçıları salamlayaraq müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.

Qeyd edək ki, aksiya çərçivəsində ETKİ tərəfindən həyata keçirilən “Tələbə Ürək Sağlığı Layihəsi” çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.

Xatırladaq ki, aksiya Qarabağ Universitetində ikinci dəfə keçirilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər