Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, N.Paşayeva 1962-ci ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur.
Filologiya elmləri doktoru, professor N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır.