20.09.2024, 12:37
AZ EN
13.06.2023, 21:38 212

Ərdoğan: "Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik"

XƏBƏRLƏR
  • "Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında qeyd edib.

Ərdoğan bildirib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla (Azərbaycan Prezidenti İlham Əliyev - red.) tam koordinasiya şəraitində həyata keçiririk.

Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik". ("Report")

Oxşar xəbərlər