20.02.2026, 02:21
AZ EN
19.02.2026, 19:00 104

İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində tədbirə qatılan bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb.

Görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, FIFA prezidenti Canni İnfantino və digər rəsmi şəxslər yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir. (Report) 

 

Oxşar xəbərlər