16.06.2025, 14:53
AZ EN
27.03.2025, 19:05 163

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

XƏBƏRLƏR

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR