Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.
Türkiyəyə işgüzar səfərə gələn Azərbaycan Prezidentini Ankaranın Esenboğa Hava Limanında Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət bayraqlarının dalğalandığı hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.