20.04.2025, 01:52
AZ EN
16.02.2023, 13:24 403

Vüsal Qənbərov: Hazırda Ağdam şəhərində 35 kV-luq iki yarımstansiya quraşdırılır

QARABAĞ
  • İşğaldan azad olunan Ağdam şəhərin ərazisində 35 kV-luq 4x2500 kVA gücündə 2 transformator yarımstansiyasının tikintisi aparılır. Bu yarımstansiyalar ilkin mərhələdə yenidən qurulacaq şəhər ərazisinə düşür. Habelə əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilməsi də həyata keçirilir.

Bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında “Azərişıq” ASC-nin rəsmisi Vüsal Qənbərov bildirib.

“Əlaqələndirici xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşmaq üzrədir. Avadanlıqlar və kabel sifariş olunub hazırdır”, - deyə o əlavə edib.

Oxşar xəbərlər