19.04.2025, 07:03
AZ EN
20.10.2022, 16:39 620

Qayıdışın təməli yollardan başlayır

QARABAĞ

Oktyabrın 19-da Şükürbəyli-Hadrut yolunun Şükürbəyli kəndindən Cəbrayıl şəhərinədək olan hissəsi istifadəyə verilib. Bu yol Cəbrayıl rayonunun Şükürbəyli kəndində (məşhur Şükürbəyli dairəsində) M 6 indeksli Hacıqabul-Bəhməntəpə-Horadiz-Micivan-Ağbənd-Qərbi Zəngəzur yolundan ayrılıb, Cəbrayıl şəhərinə, oradan isə Hadrut qəsəbəsinədək uzanır. Yol hər iki istiqamətdə hərəkət üçün 2 zolaq olmaqla 4 zolaqdan ibarətdir. Onu da bildirək ki, Qarabağda və Şərqi Zəngəzurda işğaldan əvvəl yaşayış məntəqələri arasında 4 zolaqlı yol olmayıb Cəbrayıla gedənlər yəqin ki, xatırlayır köhnə yolun eniş-yoxuşları, döngələri yenidən düzəldilib, gözəl və geniş bir tras alınıb. Yaxın vaxtlarda yolun Hadrut qəsəbəsinədək olan hissəsi də tamamlanacaq. Bu yolun istismara verilməsi Cəbrayıl şəhərinin və rayonun kəndlərinin bərpasını sürətləndirəcək. Əminliklə demək olar ki, çox keçməz Cəbrayıl işğaldan əvvəlkindən də gözəl görkəminə qovuşacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xalqımız, Dövlətimiz və Ordumuz daim var olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR