17.01.2026, 15:57
AZ EN
22.12.2025, 10:18 225

Ağdamda daha bir bərpa-tikinti layihəsi "Rabitəinşaat"a tapşırıldı

QARABAĞ
  • Daha bir yerli tikinti şirkəti "Böyük qayıdış" proqramı çərçivəsində yenidən qurulan Ağdam şəhərində bərpa layihələrində iştirak hüquq qazanıb. Bu, işğaldan azad olunmuş ərazilərin bərpası və və yenidən qurulması layihələrində indiyədək bir neçə tenderin qalibi olmuş "Rabitəinşaat" ASC-dir.

"Vətən səsi" xəbər verir ki, həmiş şirkət Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin keçirdiyi tenderin qalibi olub. Tenderin nəticələrinə uyğun olaraq, yenidən qurulan Ağdam şəhərindəki 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi "Rabitəinşaat"a həvalə edilib. Sifarişçi tərəflə imzalanmış müqavilənin ümumi dəyəri 9 milyon 726 min 734 manatdıt. Halbuki layihənin ehtimal olunan qiymət 10 milyon 37 min 878 manat  idi və bu, o deməkdir ki, "Rabitəinşaat" ASC Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binalarını  tenderdə nəzərdə tutulduğundan daha ucuz qiymətə tikəcək.

Xatırladaq ki, "Rabitəinşaat" ASC dövlət satınalmalarında, xüsusilə Qarabağ zonasındakı bərpa işləri ilə bağlı tenderlərdə müntəzəm şəkildə iştirak edir. Şirkət ötən il Ağdam şəhərindəki 2 nömrəli yaşayış massivi, 8-ci məhəllə üzrə 102 mənzildən ibarət binaların tikintisi üzrə 13 milyon 771 min 247 manatlıq tenderin qalibi olub. Həmin ASC ötən il həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması işlərini həyata keçirib. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə tenderin də qalibi "Rabitəinşaat" seçilmişdi. Həmin tikinti layihəsinin ümumi dəyəri 1 milyon 4 min 847 manat  idi.

Elxan SALAHOV

Oxşar xəbərlər