21.11.2024, 17:34
AZ EN
22.11.2022, 14:55 443

"Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb

QARABAĞ
  • "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda “Azərsu” ASC-yə 2026-cı ilin sonuna qədər işğaldan azad edilmiş 97 qəsəbə və kənddə su təchizatı və kanalizasiya sisteminin layihələndirilməsi və tikinti işlərinin yekunlaşdırılması tapşırılıb.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

"Bu məsələdə koordinasiyanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi edir. Artıq bukomitədən “Azərsu”ya 28 qəsəbə və kəndin su təchizatının yaxşılaşdırılması layihələrinin hazırlanması ilə bağlı sifariş daxil olub. Bunlara Xocavəndin Hardrut və Tuğ qəsəbələri, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Şuşanın Daşaltı kəndi, Laçının 5, Kəlbəcərin 3, Cəbrayılın 3, Qubadlının 3, Zəngilanın 3, Füzulinin 3 və Ağdamın 3 kəndi aiddir. Bu istiqamətdə işlər davam edir. Növbəti mərhələdə digər 69 kənd və qəsəbənin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası ilə bağlı işlər görüləcək. Bundan sonra da hansı ərazi ilə bağlı sifariş olsa, o ərazi üzrə layihələri hazırlayıb təqdim edəcəyik", - o qeyd edib. (Report)

Oxşar xəbərlər