11.06.2025, 14:28
AZ EN
10.06.2025, 15:52 220

Maaş artımı: Xankəndi, Xocalı, Kəlbəcər, Zəngilan öncüllər sırasında

QARABAĞ
  • Dövlət Statistika Komitəsi (DSK) respublikanın şəhər və rayonları üzrə əməkhaqqı artımının dinamikasına dair statistik məlumatları açıqlayıb. Hesabatda işğaldan azad olunmuş rayonlarda da əməkhaqqı gösriciləri əksini tapıb. Məlum olub ki, bu il aprelin 1-dək respiblika üzrə əməhaqqı artımlarında ən yüksək göstərici işğaldan azad edilmiş rayonların payına düşüb.

"Vətən səsi" xəbər verir ki, hesabata görə, Azərbaycanda bu ilin yanvar-mart ayları üzrə orta aylıq nominal əməkhaqqı 1084 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99 manat və ya təxminən 10 faiz çoxdur.

Respublikanın şəhər və rayonları arasında ən yüksək maaş artımı Xankəndi şəhərinə aiddir. Həmin şəhərdə 2024-cü ilin ilk rübündə 866 manat olan orta aylıq əməkhaqqı, 2025-ci ilin eyni dövründə 1 486 manata yüksəlib. Bu da 620 manat və ya 71,6 faiz artım deməkdir.

Əməhaqqı artımına görə ikinci yerdə Xocalı rayonu gəlir. Burada orta əməkhaqqı 273 manat artaraq 745 manatdan 1 017 manata çatıb. Bu da 36,6 faiz artım deməkdir. Təbii ki, bu artımlar əsasən Qarabağda davam edən tikinti-quruculuq işlərilə bağlıdır.

Kəlbəcərdə maaş artımı 120 manat (19,2 faiz), Zəngilanda 139 manat (16,4 faiz), Füzulidə 80 manat (13,0 faiz), Laçında 84 manat (12,9 faiz)

Xatırladaq ki, hesabat dövründə Bakı şəhərində orta aylıq əməkhaqqı 1 357 manat olub. Bu da ötən ilin ilk rübü ilə müqayisədə 114 manat və ya 9,1 faiz çoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər