Bunun üçün şəhərin müxtəlif bölgələrində yeni məhəllələr salınır, binalar inşa edilir. İşğaldan əvvəl sənaye mərkəzi kimi tanınan Ağdamın yenə eyni istiqamətdə inkişaf etdirilməsi planlaşdırılır. Bu planın bir parçası olaraq şəhərdə Ağdam Sənaye Parkı salınır. Tarixi Ağdam Cümə Məscidi və Qarabağ xanı Pənahəli xanın türbəsinin də yerləşdiyi imarət kompleksi bərpa edilir. Ağdamda tikinti işləri Ağıllı şəhər konsepti əsasında həyata keçirilir. Qarabağ futbol klubu üçün stadion da inşa edilir. Bu stadionda beynəlxalq futbol yarışlarının təşkil edilməsi hədəflənir. Əsrlərdən bəri Qarabağın elm və mədəniyyət mərkəzi sayılan bu qədim şəhərdə tikilməsi planlaşdırılan Qarabağ Universiteti ilə Ağdamın təhsil mərkəzinə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Təxminən iki min hektar ərazidə qurulan yeni Ağdamın inşasında Azərbaycanla bərabər, ABŞ, Kanada, İsrail, Hollandiya və Türkiyə şirkətləri fəaliyyət göstərir.
Hazırladı: Tahirə AĞAMİRZƏ