21.11.2025, 15:19
AZ EN
23.10.2025, 15:44 160

Laçın aeroportu müntəzəm uçuşları qəbul etməyə hazırlanır

QARABAĞ
  • Laçın Beynəlxalq Hava Limanında müntəzəm reyslərinin həyata keçirilməsinə gələn ildən başlanıla bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənəddə bildirilir ki, Laçın aeroportu gələn ilin ilk aylarından uçuşları qəbul etməyə hazır olacaq. Gələn il "Azərbaycan Hava Yolları" QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər