17.05.2024, 17:27
AZ EN
01.11.2022, 12:18 525

Şuşamız yenidən qurulur

QARABAĞ

Şuşa hər zaman xüsusi iqtisadi potensialı ilə fərqlənib. Həm şəhər, həm də eyniadlı rayonda sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorlar inkişaf etmişdir. İşğal olunmamışdan əvvəl şəhərdə şərq musiqi alətləri fabirki, istehsalat kombinatı,  Bakı radio qurma istehsalat birliyinin müəsissəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsalat müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi. Qürur mənbəyimiz olan Şuşa  uzun müddət Qarabağın iqtisadi, ticari mərkəzlərindən biri olmuşdur. Heç təsadüfi deyil ki, işğaldan öncə Şuşada  1700-ə qədər  ticarət-iaşə obyekti var idi, həmçinin  Şuşada bir çox istehsalat müəssisələri fəaliyyət göstərirdi. Bütün bu obyektlər erməni işğalından sonra  tamamilə məhv edilmişdir. Hal-hazırda Şuşada aparılan quruculuq-pərpa işlərindən sonra bu binalar, bu bisneslər yenidən bərpa  edilir. Şuşamız bu gün yenidən qurulur, şəhərin hər yerində infrastruktur layihələri, tikinti prosesləri həyata keçirilir. Bu, əslində, yalnız tikinti sektoru üçün deyil, bütövlükdə sahibkarlığın bir çox sahələri üçün münbit investisiya imkanları yaradır. Şuşa sahibkarlıq fəaliyyətinin aparılması üçün ən uğurlu yerlərdən biridir.

Bu gün şəhərdə yollar salınır, işıq, qaz, su infrasturukturu bərpa edilir. Təhsil ocaqları, məktəb binaları tikilir. Bütün bunlar yalnız Şuşa sakinləri üçün deyil,həm də  respublikamızın digər bölgələrində yaşayan insanlar  üçün yeni iş imkanları yaradılır.

Maşallah Abdullayev hazırda bu filialda mağaza müdiri olaraq  fəaliyyət göstərir. O, deyir ki, mağaza bir ildir ki, fəaliyyət göstərir.  Dövlətimiz tərəfindən onlara yaradılan bu şəraitdən istifadə edərək burada öz şəbəkəmizi yaradıb fəaliyyətə başlamışıq.  Burda çalışan vətəndaşların, hamının ehtiyaclarını ödəmək üçün bu imkanlardan maksumum yararlanmağa çalışırıq ki, vətəndaşlarımıza gözəl xidmət göstərək. Mağazamızı hamını ehtiyacını ödəyən məhsullarla təmin etmişik. Burda fəaliyyət göstərməkdən qürur duyduğunu vurğulayan Maşallah Allahverdiyev əlavə edərək deyir ki, Şuşanın gələcəyi də çox gözəl olacaq. Qarabağın incisi sayılan Şuşamız daha da gözəl görünəcəkdir.

Eldəniz  Qədirov isə Azərbaycanın  aran bölgəsindən gəlib  burada usta işləyir. O deyir ki, respublikamızın gözəl guşəsi olan mənzərəli və təbiəti olan Şuşa şəhərində bir neçə aydır çalışıram,  ilk təəssüratlarımız, əlbəttə, böyükdür. Sevinirik. İlk dəfə bura gələndə yaşadığımız uşaqlıq illərimizi,  yay tətillərində burda olduğumuzu, gözəl istirahət elədiyimizi xatırlamaq bizdə xoş anlar yaşatdı. İndi o vaxtdan bəri neçə illər keçməsinə, düşmənin ağır zərbələrinə tab gətirən Şuşa  təbii ki, sınmayıb, yağı düşmən Şuşanı talasa da, qədim tarixi abidələrə zərər versə də Şuşanın gözəlliyinə xələl gətirə bilməyib. İndi bura gələn gənclərimiz, bütün ustalarımız, fəhlələrimiz  hamı bir nəfər kimi birləşib çalışırıq ki, Şuşanın yenidən dirçəldilməsini bərpa edək.

Usta Elçin Bayramov bildirir ki, Qəbələ rayonundan burada işləməyə gəlib. O, Şuşanın 30 ildən sonra azad olmasına sevinərək qeyd edir ki, uzun illər mənfur düşmən tapdağı altında olan Şuşa şəhərimiz şükür ki, azaddır. Mən Prezidentimizlə, Onun yaratdığı Ordumuzla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz də usta heyəti olaraq Şuşanın abadlaşdrılmasında fəal iştirak edirik.

Mobil Hüseynov isə Şuşa rayonunun Xanlıq Pəyə kəndindən olduğunu deyir və əlavə edir ki, hazırda Ağdaş rayonunda məskunlaşmışıq. Dövlətimiz sağ olsun, məcburi köçkün həyatı yaşadığımız uzun illərdə  bizə çox köməkliklər etdi.. Bugünkü günə də çox şükür,  Allah şəhidlərimizə rəhbət eləsin, qazilərimizə cansağlığı versin, Ali Baş Komandanımızı, əsgərlərimizi qorusun.  Bu gün Şuşamızı belə görəndə fərəh hissi keçirirəm. Şuşanın hər yerində abadlıq işləri gedir. Yaşlı olmağıma baxmayaraq çalışıram ki, öz gücümə  quruculuq işlərində köməklik edim. Sürücü kimi əlimdən gələn köməkliyi edirəm.

Şuşamız işğaldan azad olunduqdan sonra  Şuşada ilk açılan müəssisələrdən biri məhz çörək zavodudur. İslam Məmmədov bu müəssisənin rəhbəridir. Şuşada faliyyət göstərməkdən qürur duyur. O, qeyd edir ki, biz tələbata uyğun olraq çörək isrehsal edirik.  Hərbi hissənin şəxsi heyətinin tələbatı, burada adablıq və quruçuluq işləri ilə məşğul olan vətəndaşlarımızın istehsal gücünə görə tələbatımız var. Növbəli iş rejimində işləyirik, hər növbə 15 gündür və hər növbədə 5 və 7 işçimiz çalışır. Bunların içində mexanik, elektrik, bir də gündəlik  çörək bişirən, xəmir yoğuran işçilər var. İ.Məmmədov daha sonra əlavə edir ki, müəssisəmizin inkişaf planı ilk öncə Şuşada açıldı,  sonra  Laçın şəhərində. Hal-hazırda isə Hadrut şəhərində zavodun qurma işləri gedir.  Hadrutdakı zavod istehsala başladıqdan sonra  müəssisəmiz 3 istiqamətdə, 3 sahədə fəaliyyət göstərəcək.

Şuşa şəhərində müxtəlib iaşə obyektləri fəaliyyət göstərir. İctimai-iaşə sektorunda fəaliyyət göstərən Sahib Səmədli qeyd edir ki, biz Şuşa işğaldan azad ediləndən sonra ilk fəaliyyət göstərən sahibkarlardan biri kimi deyə bilərəm ki, burada belə birşərait qurmaq fəxr hissidir. Bakıdan gələn qonaqlarımıza, xarici turistlərimizə xidmət etməkdən zövq alırıq. Qonaqlarımız əsasən milli mətbəximizə üstünlük verirlər. Bu restoranımız buraya gələn vərəndaşlarımızın, xarici qonaqlarımızın səhər saat 9.00-da axşam saaat 9-a kimi xidmətindədir. Gələcək planlarından söz açan sahibkar qeyd edir ki, gələcəkdə inşallar filiallarımızı açacağıq, bunlardan biri də Şuşa-Xankəndu yolunda filialımızı açmaqdır. Şuşada biznes fəaliyyəti ilə məşğul olmaq çox səmərəlidir deyən Sahib Səmədli əlavə edir ki, istədiyimiz sahəni yaratmışıq, hər bir sahibkar da istədiyi sahə üzrə burada fəaliyyət göstərə bilər.

Şuşada fəaliyyət göstərən  sahibkar Emin İlyas Şuşada gedən tikinti-quruculuq işlərinin həyata keçirilməsindən məmnun olduğunu bildirir və qeyd edir ki, təbii ki, tikinti olan yerdə sahibkarlara da yeni imkanlar yaradılır və burada böyük potensialdan söhbət açmaq olar. Əsas turizm sahəsi və xidmət sektorudur. Biz düşünürük ki, təkcə Şuşada deyil, Qarabağ zonasına köç olduqdan sonra, insanlar geri qayıtdıqdan sonra tullantıların yenidən emalı aktuallaşandan sonra düşünürük ki, bu sahədə də potensialımız var. Ərazinin coğrafi regionu isə turizim sahəsinin inkişafıdırr. Amma Ağdam zonası, bir az aşağı tərəflər əsasən tikinti məhsullarının istehsalı çox yaxşı ola bilər və digər tikintiyə yan sənaye sahələridir ki, gələcəkdə bu sahələr üzrə də çox böyük işlər görüləcək. Bir, iki ilə burda böyük biznes fəaliyyətinin inkişafını gözləyirik .

Hazırladı: Tahirə AĞAMİRZƏ 

 

 

Oxşar xəbərlər