22.06.2025, 13:38
AZ EN
02.04.2022, 16:10 498

İtaliya Qarabağın bərpasında Azərbaycanın ilk tərəfdaşıdır

QARABAĞ

İtaliya Azərbaycanın Qarabağda bərpa işlərində iştirak edən ilk tərəfdaş ölkəsi olub. Xarici işlər naziri Ceyhun Bayramov bunu ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.

"Azərbaycan və İtaliya arasında əlaqələr Prezident İlham Əliyevin 2020-ci ildə bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib", - C.Bayramov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında təhsil, humanitar, ticarət və digər sahələrdə əlaqələr inkişaf edir.

Nazir əlavə edib ki, Azərbaycan və İtaliya TAP layihəsinin işə salınması sayəsində enerji sektorunda da tərəfdaşlıq əlaqələrini gücləndirib.

Oxşar xəbərlər