"Vətən səsi" xəbər verir ki, söhbət 4 nömrəli yaşayış massivi, habelə 9 və 10-cu məhəllələrdən gedir. “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması” tenderinin nəticələrinə uyğun olaraq adı çəkilən məhəllələrdə tikinti işləri “Merkuri-İnşaat” MMC-yə həvalə edilib. Bunun üçün sifarişçi tərəf qalib şirkətlə ümumi dəyəri 19 milyon 285 min 867 manat məbləğində müqavilə imzalayıb.
Elxan SALAHOV