Bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Hazırda movcud stansiyalar vasitəsi ilə 11 televiziya və 7 radionun yayımı həyata keçirilir. Bu sahədə əhəmiyyətli layihələrdən biri olan Şuşa şəhərindəki 130 metr hündürlüyə malik teleradio qülləsinin layihələndirilməsi tamamlanıb və layihənin yaxın günlərdə ekspertizadan keçəcəyi gözlənir. Bu işlər bitdikdən sonra layihənin birbaşa icrasına başlanacaq", - deyə o qeyd edib. (Report)