“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin şöbə müdiri Leyla Sarabi:
Ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması nəzərdə tutulur. Tikintinin ilkin mərhələsində burda 275 ərazidə 851 ədəd fərdi evlərin tikilməsi də nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, hazırda şaquli planlama işlərinin 75 faizi icra olunmuşdur.
Baş Qərvənd kəndində uşaq baxçası, məktəb, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub- icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq.
Leyla Sarabi daha sonra əlavə edib ki, Ağıllı kənd konsepsiyası çərçivəsində bir sıra layihələr də tətbiq olunacaq. Təbii materiallardan olan evlərin inşası, həmçinin evlər üçün smart texnologiyalardan istifadə də burda nəzərdə tutulur. Bütün bunlarla paralel olaraq alternativ energi ilə çalışan daha müasir bəzi innovativ texnoloigiyaların burda tətbiqinin də baş tutması nəzərdən keçiriləcəyi şübhə altında deyil.
Füzuli rayonunun Ağıllı kənd layihəsinin tətbiq olunduğu ilk yaşayış məntəqəsi Dövlətyarlıda isə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutlur. Həmçinin məktəb, uşaq baxçası tikiləcək, bazar istifadəyə veriləcək. Ağıllı həllərin tətbiq edilməsilə enerjiyə qənaət və ekoloji səmərəlilik özünü göstərəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ