Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək. İlkin proqnoza görə, birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün öz yeni evlərinə qayıda biləcək. Ümumiyyətlə, hər bir layihənin uğurlu olması üçün onun öz məqsədləri olmalıdır. Biz Qarabağ iqtisadi rayonunun hər bir şəhərini öz potensial gücü ilə yüksək səviyyədə inkişaf etdirərək bərpa etməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə Emin Hüseynov bildirib. (AZƏRTAC)